“Səbail” Bakıya məğlubiyyətlə qayıdır
“Səbail”in Antalyadakı təlim-məşq toplanışı başa çatıb.
Komanda.az xəbər verir ki, “dənizçilər” hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Şahin Diniyevin baş məşqçi olduğu komanda Serbiyanın “Spartak” (Subotniça) kollektivi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 15:00-da başlayan matçın taleyini bir qol həll edib. Serblər 5-ci dəqiqədə açdıqları hesab üstünlüyünü sonadək qoruyublar.
Xatırladaq ki, “Səbail” bundan əvvəl keçirdiyi 2 sınaq matçında “Legiya” (Varşava, Polşa) və “Bohemians 1905” (Çexiya) ilə heç-heçəyə razılaşmışdı – uyğun olaraq, 2:2, 0:0.
Yanvarın 3-dən qardaş ölkədə hazırlıq keçən Bayıl təmsilçisi sabah Bakıya dönəcək.
Yoxlama oyunu
16 yanvar
Səbail – Spartak 0:1
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin