Sərxan Əliyev də DÇ-də bürünc medalla kifayətləndi

Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, komandamızın aktivinə ikinci bürünc mükafatı Sərxan Əliyev (71 kq) əlavə edib.

İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından Əliyev bürünc medalla kifayətlənib.

Ondan öncə Məhəmməd Abdullayev də mundialı 3-cü pillədə başa vurub. +92 kq çəki dərəcəsində mübarizə aparan “Baku Fight Lab”ın üzvü Yonas Yazeviçius (Litva), Vladan Babiç (Serbiya) və Narenderin (Hindistan) ardınca Davit Çaloyanla (Ermənistan) qarşılaşıb. Yarımfinal görüşündə rəqib üstün olduğundan Məhəmməd dünya çempionatını 3-cü pillədə başa vurub.

Sabah millimizin boksçusu Alfonso Dominqes (86 kq) final görüşünə çıxacaq. O, braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button