Məmmədyarovla Rəcəbov yenə…

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin 1/8 final mərhələsinin ikinci partiyaları oynanılıb.

Komanda.az xəbər verir ki, bu mərhələdə qarşılaşan Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun ikinci görüşündə də heç-heçə qeydə alınıb. Birinci dueldə də eyni nəticə olduğu üçün qalib sentyabrın 22-də tay-breykdə müəyyənləşəcək. 

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button