“Səbail”in hücumçusuna 3 oyunluq cəza verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda “Səbail”in futbolçusu Qoba Zakpanın cəzası da məlum olub. AFFA İntizam Komitəsi portuqaliyalı hücumçunu 3 oyunluq diskvalifikasiya edib.
Buna səbəb 31 yaşlı forvardın Premyer Liqanın 35-ci turunda “Turan Tovuz”la keçirilən görüşdə qeyri-etik hərəkəti olub. Bu, paytaxt təmsilçisinin 1600 manat məbləğində cərimələnməsinə səbəb olub.
“Turan Tovuz” – “Səbail” matçı 2:2 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin