“Səbail” qapıçısı ilə yollarını ayırdı
“Səbail” qapıçısı Şahin Zəkiyevlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qolkiperlə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, Şahin Zəkiyev 2020-ci ilin yanvar ayından “Səbail”də çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin