“Səbail” Gürcüstana 21 futbolçu ilə gedir
Gürcüstanın paytaxtı Tiflisə təlim-məşq toplanışına yollanacaq “Səbail” burada 21 futbolçu ilə hazırlıq keçəcək.
Komanda.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanov səfərə 2 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu aparır.
Komanda qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. “Dənizçilər” iyulun 22-də “Dinamo” (Tiflis), 25-də “Qaqra”, 29-da isə “Dila” (Qori) ilə üz-üzə gələcək. Hər üç klub Gürcüstanın yüksək liqasında çıxış edir.
Qapıçılar: Emil Balayev, Hüseynəli Quliyev;
Müdafiəçilər: Adil Nağıyev, Cabir Əmirli, Qustavo Moreno de França, Fakundo Kardozo, Turan Manafov, Rafael Məhərrəmli, Vüqar Həsənov;
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Emil Martinov, Franko Mazurek, Emin Zamanov, Tural Bayramlı, Ədilxan Qarəhmədov, Vüsal Qənbərov, Elmir Tağıyev;
Hücumçular: Ağabala Ramazanov, Luvaqa Kizito, Qoba Zakpa, Ruslan Hacıyev.
Bizi Facebook-da izləyin