“Səbail” bizi əks-hücumda tutmağa çalışırdı”
“Sabah”ın məşqçisi Ruslan Qafitullin Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər görüşündən sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Birinci hissədə göründü ki, hər iki komanda məğlub olmaq istəmir. Ona görə də, ehtiyatlı oynayırdılar. Fasilədən sonra daha maraqlı və dinamik oyun oldu. Futbolçularımıza demişdik ki, “Səbail”də fərdi ustalığı olan oyunçular var. Onlara diqqətli olmalarını tapşırmışdıq. Amma müdafiədə diqqətsizlik edib birinci qolu buraxdıq. Ondan sonra daha açıq oyun getdi. “Səbail” çalışırdı ki, bizi əks-hücumda tutsun. Elə də oldu”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin