Rəsmi şəxslərin təhqiri “Qəbələ”ni 4 min manat ziyana saldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 7-ci turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunur.
Matç bitdikdən sonra “Qəbələ” klubunun futbolçusu Ehtiram Şahverdiyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.
7-ci turun “Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun futbolçusu Xulio Sezar Rodrigez aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
1-ci divizionun 4-cü turunun “Qəbələ-2” – “Turan Tovuz” oyununda “Qəbələ-2” komandasının futbolçusu Gülağa Əsədov kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
4-cü turun “Qarabağ-2” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur.
4-cü turun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda “Qaradağ Lökbatan” klubunun futbolçusu Davud Mahmudov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Keşlə-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur.
4-cü turun “Sumqayıt-2” – “Kəpəz” oyununda “Sumqayıt-2” komandasının futbolçusu Rüstəm Hümbətov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
1-ci divizionun 5-ci turunun “Keşlə-2” – “Qarabağ-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
5-ci turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Turan Tovuz” klubunun 4 nömrəli futbolçusu Səbayıl Bağırov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 cərimə olunur.
5-ci turun “Zirə-2” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.
“Zirə-2” komandasının futbolçusu Əli Mürsəlov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. klub 20 manat cərimə olunur.
Bizi Facebook-da izləyin