Rəşad Sadıqov oyundan danışmaq istəmədi: “Qələbə yaxındadır”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında futboldan danışmaq istəmədiyini söyləyib:
- Bu gün dövlətimizi, xalqımızı, ordumuzu qələbə münasibətilə təbrik edirəm. İcazə verirsizsə, futboldan danışmaq istəmirəm. Biz çox şanslıyıq, belə tarixin şahidi oluruq. Hər bir zabitimizi, əsgərimizi öpüb, bağrımıza basırıq. İnşallah, bu yaxınlarda bütün Qarabağ bölgəsində bayrağımız sancılsın. Qələbə yaxındadır, hamını təbrik edirəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin