Məmmədyarovla Rəcəbov “sülh bağladı”

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin 1/8 final mərhələsinin ilk partiyaları oynanılıb.

Komanda.az xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun görüşündə heç-heçə qeydə alınıb. Növbəti görüş sabah olacaq. Orda da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 22-də tay-breykdə müəyyənləşəcək.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button