Rusiya və Belarus güləş üzrə beynəlxalq yarışlardan kənarlaşdırıldı
Dünya Güləş Birliyi (UWW) Rusiya təmsilçilərini öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə UWW-nin rəsmi saytı məlumat yayıb.
Qərarın bu ölkənin Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunduğu diqqətə çatdırılıb. Güləşçilərlə yanaşı, Rusiyadan olan rəsmilər də yarışlarda iştirak edə bilməyəcəklər. Bəyanatda Rusiyada keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin ləğvindən də bəhs edilir. Eyni sanksiyalar Belarus nümayəndələrinə də tətbiq olunacaq.
UWW vəziyyətin inkişafı ilə bağlı əlavə qərarlar veriləcəyini açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin