Rusların azərbaycanlısı karyerasını bitirdi

Rusiya millisinin sabiq yarımmüdafiəçisi, bir müddət əvvəl “Krılya Sovetov”dan ayrılan azərbaycanlı futbolçu Aleksandr Səmədov futbolçu karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi rəsmi “instagram” hesabından məlumat yayıb.

Moskva “Spartak”ının yetirməsi olan Səmədov “Lokomotiv”, “Dinamo”, “Krılya Sovetov” klublarında çıxış edib. O, Rusiya millisi ilə 53 matçda oynayıb və 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button