Rusiya millisində baş məşqçi ilə yeni müqavilə
Rusiya Futbol ittifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə RFS-in rəsmi saytı məlumat yayıb.
53 yaşlı mütəxəssis 2022-ci ilin sonunadək yığmanın “sükanı arxasında” qalacaq.
Təcrübəli mütəxəssis həmçinin “Rostov” klubunun baş məşqçisi təyin olunub. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci ilin iyulunda Rusiya millisinin sükanı arxasına keçən Valeri Karpin bu vəzifədə Stanislav Çerçesovu əvəzləyib. Yığma onun rəhbərliyi altında DÇ-2022-yə vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazansa da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən FIFA və UEFA milli komandanı beynəlxalq turnirlərdən kənarlaşdırıb.
Bizi Facebook-da izləyin