Rumıniyalı futbolçu rəsmən “Qalatasaray”da
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Rumınyanın “Styaua” klubundan Olimpiu Morutanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Morutan 2018-ci ildən “Styaua”da çıxış edirdi. “Qalatasaray” bu keçidə görə sözügedən kluba 3.5 milyon avro ödəniləcəyini açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin