Mutu baş məşqçi təyin edildi və qarşısına şərt qoyuldu: ardıcıl 4 məğlubiyyət olarsa…

Rumıniya milli komandasının və “Çelsi”nin sabiq futbolçusu Adrian Mutunun yeni iş yeri məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis “Universitatya Krayova” komandasına baş məşqçi təyin olunub. Mutu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Rumıniyalı mütəxəssis “Universitatya Krayova”da aylıq 7 min avro qazanacaq. Komanda ardıcıl 4 oyunda məğlub olsa, Mutu maaş almayacaq. Baş məşqçinin qarşısına qoyulan hədəf 2021/22 mövsümünü Rumıniya çempionatında ilk üçlükdə bitirməkdir.

Mutu son olaraq Rumıniyanın U-21 millisini çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button