
Rövnəq Abdullayev 4-cü dəfə AFFA prezidenti seçiləcək
AFFA-nın nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə, 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin