Ronaldonun məhkəməsi oldu – 18,7 milyon cərimə

“Yuventus”un portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun İspaniyada vergidən yayınmaqda ittiham olunduğu üçün bu gün məhkəmə qarşına çıxacağını xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2011-2014-cü illərdə dörd ayrı maliyyə cinayəti işləməkdə və 5,7 milyon avroluq vergidən yayınmaqda ittiham olunan olunan Ronaldoya, məhkəmə 23 ay həbs və 18,7 milyon avro pul cəzası verib. 33 yaşlı hücumçunun ittihamları qəbul etdiyi və həbs cəzası iki ildən az olduğu üçün həbsxanaya girməyəcəyi, sadəcə, pul cəzasını ödəyəcəyi bildirilir.

Bundan başqa, üç fərqli maliyyə cinayətində iştirak etdiyi üçün 5 illik həbs və 4 milyon avro pul cəzası tələbiylə ittiham olunan İspaniya millisinin sabiq futbolçusu Xabi Alonso da bu gün Madrid məhkəməsinə gəlib. Onun məhkəməsinin davam etdiyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button