“Ronaldonun “Mançester Yunayted”də başına gələnlərə görə təəssüflənirik”
“Yuventus”un baş direktoru Mauritsio Arrivabene “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun İngiltərə klubundakı problemlərindən danışıb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, Turin klubunun rəsmisi Ronaldonun başına gələnlərə görə təəssüfləndiklərini bildirib:
“Yuventus” Ronaldo ilə qarşılıqlı hörməti qoruyaraq ayrıldı. Biz onun bu il “Mançester Yunayted”də başına gələnlərə görə təəssüflənirik. Lakin bu, bizim problemimiz deyil”.
Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib, sonra “Mançester Yunayted”ə keçib. 37 yaşlı portuqaliyalı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında daha çox ehtiyatdan olmaqla 5 matçda meydana çıxıb, qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin