“Anam Ronaldoya hamilə olarkən onu abort etdirmək istəyirdi”

Kriştiano Ronaldonun bacısı Elma Aveyro anası Doloreş Aveyronun qardaşını dünyaya gətirdiyi ərəfədə üzləşdiyi çətinliklərdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmin vaxt yemək ehtiyatlarının az olduğunu açıqlayıb:

“Anamız Doloreş qardaşımı dünyaya gətirməkdə çətinlik çəkib. Çünki yemək ehtiyatımız az idi. Bəzən ailədə hamını yedizdirmək mümkün olmurdu. Anam qardaşıma hamilə olarkən onu abort etdirmək istəyirdi. Lakin həmin an hansısa qüvvə ona əngəl oldu və Kriştiano dünyaya gəldi. 39 il öncə Doloreş hər şeyə və hər kəsə rəğmən, düzgün qərar verdi.

Qardaşım tarixdə milli komandanın heyətində 200 oyun keçirən ilk futbolçudur. Bu, inanılmaz rəqəmdir. Kriştianonun hər dəfə uğura nail olduğunu düşünəndə o, unikal insan kimi xatırlanır. Ronaldo da şöhrətdən, puldan həzz ala, layiqli istirahət edə, bir az kökələ, hovuzda dincələ, səyahət edə bilər. Lakin o, bunları düşünmür. Bəzi futbolçular diqqətlərini yalnız çıxış etdikləri klublara yönləndirirlər. Çünki onlar artıq o qədər də güclü deyillər, yaş özünü göstərir. Ailələri onların daha tez evə gəlməsini istəyir. Qardaşım isə hələ də milli komandaya gələnləri qarşılayır. Oyun bitdikdən sonra olduqca zəngin olan qardaşım dincəlmək və əylənmək əvəzinə, buzlu suya baş vurur”.

AÇ-2024-ün seçmə mərhələsinin dördüncü turunun Portuqaliya – İslandiya (1:0) qarşılaşmasında komandasının qələbə qolunu vuran Kriştiano yığmanın heyətində 200-cü oyununu keçirib.

Hazırda Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”də çıxış edən forvard karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real”, “Yuventus” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button