Ronaldodan narazıdırlar – Sahibi olduğu klubun azarkeşləri
İspaniya Sequndasında çıxış edən “Valyadolid”in bəzi azarkeşləri klub prezidentlərinin – keçmiş braziliyalı futbolçu Ronaldo və uruqvaylı Paulo Pezzolanonun fəaliyyətindən narazıdırlar.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klubun azarkeşləri oyunlarda bu şüarları səsləndirirlər:
“İllər keçir, oyunçular gedir, artıq sabah üçün plan yoxdur. Klub qalır, braziliyalılar klubu tərk etməlidirlər”.
Pezzolano baş verənlərdən utandığını və klubda kiminsə braziliyalıların əleyhinə danışmasından kədərləndiyini söyləyərək, azarkeşlərin qışqırmasına cavab verib. İspaniya klubunun prezidenti vurğulayıb ki, rəhbərlik və azarkeşlər komandanın bir hissəsidir, ona görə də, belə davranış yolverilməzdir.
Sequndanın 10 oyunundan sonra “Valyadolid”in 19 xalı var və çempionatda altıncı yerdədir.
Bizi Facebook-da izləyin