Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda
2019-cu ilin ən məhsuldar futbolçularının adları açıqlanıb.
Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli və qitəmiqyaslı klub turnirlərində ən çox qol vuranların siyahısını müəyyənləşdirib.
Dekabrın 1-dək beynəlxalq oyunlarda 10 və daha çox qol vuran oyunçular sıralanıb ki, siyahıya portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir. 34 yaşlı forvard 11 ay ərzində Portuqaliya yığmasında 14, “Yuventus”da isə 6 dəfə fərqlənib. Onu 19 topla ingiltərəli Harri Keyn izləyir. İlk “üçlüy”ü isə Birləşmiş Ərəb Əmirliklərindən olan Əli Mabxut qapayır.
“Qızıl top”un sahibi olan Lionel Messi hesabındakı 13 qolla siyahıda 13-cü pillədə qərarlaşır.
İlk “10-luq”
- Kriştiano Ronaldo: Portuqaliya – 14, “Yuventus” – 6
- Harri Keyn: İngiltərə – 12, “Tottenhem” – 7
- Əli Mabxut: BƏƏ – 17, “Əl-Cəzirə” – 0
- Rahim Sterlinq: İngiltərə – 8, “Mançester Siti” – 9
- Ali Almoez: Qətər – 15, “Əl-Duhail” – 1
- Robert Levandovski: Polşa – 6, “Bavariya” – 10
- Omar əl-Somah: Suriya – 8, “Əl-Əhli” – 7
- Lautaro Martines: Argentina – 8, “İnter” – 6
- Olivye Jiru: Fransa – 6, “Çelsi” – 8
- Eldor Şomurodov: Özbəkistan – 13, “Rostov” – 0
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin