“Fasilədə Ronaldoya dedim ki…” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldonun Premyer Liqanın 14-cü turunun “Vest Hem”lə oyunundakı (1:0) çıxışı haqda fikirlərini bölüşüb.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, baş məşqçi Ronaldonun yaxşı iş gördüyünü deyib:

“Məncə, Ronaldo yaxşı iş gördü. O, gözlədiyimiz kim təzyiq etdi. Fasilədə ona dedim ki, müdafiədə çox sürətli getməyək, meydanın mərkəzində işləmək lazımdır. Bizim qol vurmaq keyfiyyətimiz var, lakin hücum futbolunun effektivliyini artırmalıyıq. Biz düzgün istiqamətdə irəliləyirik, lakin hələ də rəqiblər üçün təhlükə olmaqdan uzağıq”.

Ronaldo meydana start heyətində daxil olub və 90 dəqiqə oynayıb.

“Mançester Yunayted” Premyer Liqada 12 oyundan sonra 23 xalla 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button