Ronaldo “Real”dan vergiyə görə ayrılıb? – açıqlama

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldonun vəkili Xose Antonio Çoklan açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, vəkil, Ronaldonun “Real”dan ayrılmasının səbəblərindən birinin vergi olduğunu bildirib:

“Biz buna əsəbiləşirik. Futbol dünyası vergi saxtakarlığına qarşı müharibə elan etdi. Bu, cinayət hesab olunur. Ronaldonun vəziyyətində vergi ödəməmək məsələsi yox idi. Sadəcə, vergi xidməti daha çoxunu istəməyə başlamışdı. Ronaldo İspaniyadan İtaliyaya getməsinin səbəblərini daha yaxşı bilir. Yanlış vergi siyasəti insanları İspaniyadan köçməyə məcbur edir, bu, göz qarşısındadır. Qərar qəbul edərkən, futbolçular təkcə idman amilini deyil, vergini də nəzərə alırlar. İtaliyanın vergi siyasəti daha cəlbedicidir, amma düşünürəm ki, Kriştianonun ora getmək qərarı təkcə vergiylə bağlı deyil”.

Ronaldo 2018-ci ilin yayında “Real”dan “Yuventus”a transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button