Bekhem Ronaldo ilə transferini müzakirə edib

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun qış transfer pəncərəsində klubu tərk etmə ehtimalı var.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Yayda bir çox klublar portuqaliyalı hücumçu ilə maraqlansa da, sonda o, İngiltərə təmsilçisində qalıb.

MLS-də mübarizə aparan “İnter Mayami”nin sahibi Devid Bekhem 2023-cü ildə MLS klubuna keçmək üçün Ronaldo ilə əlaqə saxlayıb. Keçidin mümkün səbəblərindən biri, mövsümün sonunda peşəkar futboldan uzaqlaşacaq Qonsalo İquaynın karyerasının tezliklə başa çatmasıdır.

Ronaldo İngiltərə Premyer Liqasının 10-cu turunda “Everton”la matçda (2:1) komandasının qələbə qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button