Ronaldo onun işindən narazıdır

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Erik ten Haqın işindən narazıdır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalı niderlandlı məşqçinin işindən narazı olsa da, “Mançester Yunayted”də qalmağa hazırdır. Çünki o, hazırda MY-dən başqa komandaya getmək şansının az olduğunu başa düşür.

Kriştiano bütün diqqətini Qətərdə keçiriləcək dünya çempionatına yaxşı hazırlamağa cəmləyib. Bu səbəbdən, “Mançester Yunayted”lə müqaviləni ləğv etməyi planlaşdırmır.

Ronaldo 2021-ci ilin avqustunda “Mançester Yunayted”ə qayıdıb. O, ötən mövsüm komandanın heyətində bütün yarışlarda 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daha əvvəl 37 yaşlı hücumçunun Çempionlar Liqasında çıxış edəcək klubda oynamaq üçün komandanı tərk etmək istədiyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button