Benzemanı ehtiyatda səssizcə oturda biləcək yeganə futbolçu
“Real”ın hücumçusu Kərim Benzema Kriştiano Ronaldonun Madrid klubunu tərk etməsinin karyerasına necə təsir etdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ronaldo ilə oynamağın şərəf olduğunu deyib:
“Ronaldo ilə oynamaq şərəf idi. Lakin o gedəndə məndə daha çox iş görmək istəyi yarandı. Onun gedişi mənim meydanda daha çox şey etməyim üçün motivasiya oldu”.
34 yaşlı hücumçu kumiri haqda da danışıb:
“Ronaldo mənim kumirimdir, inanıram ki, onun kimi başqa hücumçu yoxdur. Onun meydanda etdiklərini təkrarlamaq mümkün deyil. O, yeganə hücumçudur ki, onun üçün səssizcə ehtiyat oyunçular skamyasında oturardım. O, əlçatmaz səviyyədədir. Ronaldo təkcə mənim üçün deyil, bütün hücumçular üçün fenomendir”.
Kərim Benzemanın oktyabrın 17-də “qızıl top”u qazandığı açıqlanıb.
O, keçən mövsüm “Real”la La Liqa və Çempionlar Liqası çempionluğunu qazanaraq, hər iki turnirin bombardiri olub.
Ronaldo və Benzema 2009-2018-ci illərdə “Real “da birgə çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin