Ronaldo: “Aid olduğum yerə qayıtdım!”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo məzuniyyətdən sonra klubda məşqlərə başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu sosial şəbəkə hesabında məşqlərə qayıtması ilə bağlı bunu yazıb:

“Aid olduğum yerə qayıtdım!”

39 yaşlı hücumçu son mövsümdə klubda 51 oyun keçirib və 50 qola imza atıb. O, AÇ-2024-də 5 matçda 1 məhsuldar ötürmə edib.

“Əl-Nəsr” avqustun 14-də Səudiyyə Ərəbistanı superkubokunun yarımfinalında “Əl-Taavon”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button