“Ronaldo dünya çempionatından əvvəl belə deyildi”
Portuqaliya millisinin sabiq baş məşqçisi Fernando Santuş “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Santuş portuqaliyalı forvardı bütün dövrlərin ən yaxşı futbolçusu adlandırıb:
“Kriştiano iki oyuna ehtiyat oyunçular skamyasında başlamasından narazı idi. Amma deməliyəm ki, onun komandaya qarşı qüsursuz münasibəti var idi. 6:1 hesabı ilə qalib gəldiyimiz İsveçrə ilə matçda qolların çoxunu qeyd etdi və meydana çıxanda əlindən gələn hər şeyi verdi. Biz 1/4 finalda qalib gəlsəydik, o, yəqin ki, yenidən əsas heyətə düşəcəkdi. Bu, sadəcə, taktiki qərar idi və mənim üçün çox çətin idi. Mənim ona futboldan kənarda böyük sevgim var idi və indi də var. Bu gün Ronaldo yenidən əla formadadır, müntəzəm oynayır, dünya çempionatından əvvəl belə deyildi. Mən onun üçün çox xoşbəxtəm. Ronaldo bütün zamanların ən yaxşı oyunçusudur”.
Bizi Facebook-da izləyin