Ronaldodan keçmiş klubundakı baş məşqçi dəyişikliyinə reaksiya
“Mançester Yunayted”in sabiq hücumçusu Kriştiano Ronaldo portuqaliyalı baş məşqçi Ruben Amorimin İngiltərə klubuna gəlişinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu Amorimə və “Mançester Yunayted”ə ən yaxşısını arzuladığını söyləyib:
“Amorimə və “Mançester Yunayted”ə ən yaxşısını arzulayıram”.
Portuqaliyalı çalışdırıcı “qırmızı şeytanlar”a Lissabon “Sportinq”indən gələrək, niderlandlı mütəxəssis Erik ten Haqı əvəzləyib. O, İngiltərə klubu ilə 3 illik müqavilə bağlayıb.
“Mançester Yunayted” Premyer Liqanın 11 turundan sonra 15 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin