Ronaldo yenidən A Seriyasında oynaya bilər

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İtaliya A Seriyasına qayıda bilər.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu “Napoli”nin futbolçusu ola bilər. “Çelsi” İtaliya klubunun əsas hücumçusu Viktor Osimhenə göz dikib. Osimhenin gedişi Ronaldonun Neapol klubuna keçidinə təsir edə bilər.

Portuqaliyalı futbolçu bu mövsüm 12 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ronaldo əvvəllər İtaliyada “Yuventus”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button