Ronaldo 11 milyon avroya satıla bilər – “Müştəri”si də var

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo qışda “Mançester Yunayted”dən ayrılmağa yaxındır.

Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 37 yaşlı futbolçunu cəmi 11 milyon avroya satmağa hazırdır.

Mənbənin məlumatına görə, söhbət Ronaldonun Devid Bekhemə məxsus Amerikanın “İnter Mayami” klubuna satılmasından gedir. Daha əvvəl Mayami klubunun portuqaliyalıya bir mövsüm üçün 34 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Xarici mediada Ronaldonun “Mançester Yunayted”dən ayrılmaq niyyətində olduğu barədə məlumatlar yayılıb. Eyni zamanda, Avropa klubları portuqaliyalı forvarda maraq göstərmir. Buna görə də, Kriştiano digər qitələrdən gələn klubların təkliflərini nəzərdən keçirə bilər.

Ronaldo bu mövsüm bütün yarışlarda 9 oyuna çıxıb və cəmi 1 qol vurub. Futbolçunun Mançester klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button