Ronaldonun bacısı Kassanonu ələ saldı
İtaliya millisinin keçmiş üzvü Antonio Kassano Kriştiano Ronaldonun futbol oynamağı bacarmadığını bildirmişdi.
Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçunun bacısı Elma Aveyro sosial şəbəkə hesabındakı paylaşımında Kassanonun cavabını verib:
“Mən bu yazıq oğlanı tanımıram və vecimə də deyil. Bir şey deyəcəm. Ronaldo oynamağı bilmirsə və 900 qol vurubsa, o zaman necə oynayacağını bilsə, nə olacağını təsəvvür edin. Kassanonun futbolçu olduğunu deyirlər. Məncə, insanlar yanılır. O, sadəcə top daşıyırdı”.
Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin