“Roma”nın futbolçusu La Liqa klubunda
İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Maksim Qonalonu heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı fransalı futbolçu mövsümün sonunadək icarəyə götürülüb.
“Lion”un yetirməsi olan, Fransa yığmasında 8 oyun keçirmiş Qonalon, “Roma”ya 2017-ci ildə transfer olunub. O, ötən mövsümü İspaniyanın digər La Liqa təmsilçisi “Sevilya”da icarədə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin