“Roma” onu daha bir mövsüm saxlamağa qərar verdi
“Lids”in müdafiəçisi Dieqo Lyorente daha bir mövsüm icarə əsasında “Roma”da qalacaq.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Roma” İngiltərə klubu ilə 29 yaşlı futbolçunun icarə müddətini 2024-cü ilin iyun ayının sonuna qədər uzatmaq üçün razılaşıb.
2022/2023 mövsümünün ikinci yarısında Lyorente 6 aylıq icarə əsasında “Roma”da çıxış edib. Müdafiəçi burada bütün turnirlərdə 12 matça çıxıb.
Lyorentenin “Lids”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin