“Roma”nın hədəfi: Norveçli bombardir

“Vilyarreal”a məxsus olan hücumçu Aleksandr Sörlot İtaliya çempionatına keçə bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, “Roma” norveçli hücumçunu heyətinə qatmaqda maraqlıdır.

İspaniya klubunun rəhbərliyi Sörlotla 35 milyon avro müqabilində vidalaşmağa hazırdır.

28 yaşlı futbolçu İspaniya çempionatının son mövsümündə 23 qol vuraraq, La Liqanın bombardirlər cədvəlində 2-ci olub. Skandinaviyalı hücumçu “Jirona”da çıxış edən ukraynalı forvard Artem Dovbikdən bir top geri qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button