“Roma” etiraz edəcək

“Roma” baş məşqçisi Joze Mourinyonun avrokubok oyunlarında cəzalanmasına etiraz edəcək.

Komanda.az “One Football”-a istinadən xəbər verir ki, Roma klubu UEFA İntizam Komitəsinin qərarından şoka düşüb. Bildirilir ki, klub apelyasiya proseduruna başlayıb və yaxın günlərdə portuqaliyalı baş məşqçinin cəzalandırılmasına etiraz etmək niyyətindədir.

Xatırladaq ki, Mourinyo Avropa Liqasının finalını idarə edən hakim Entoni Teyloru (“Roma” – “Sevilya”: əsas vaxtda 1:1, penaltilərdə 1:4) təhqir etdiyinə görə avrokuboklarda dörd oyunluq kənarlaşdırılıb.

Mourinyo 2021-ci ildən “Roma”dadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button