
“Rodriqonun hələ də “Arsenal”a getmək şansı var”
“Real”ın hücumçusu Rodriqo İngiltərəyə köçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuatda belə bir transferin hələ də mümkün olduğu bildirilib. Bu barədə “TBR Football”-un jurnalisti Qrem Beyli məlumat verib:
“Rodriqonun hələ də “Arsenal”a getmək şansı var. Əvvəllər yazmışdıq ki, “Arsenal” Rodriqonu icarəyə götürməkdə maraqlı ola bilər və mən bunu istisna etməzdim. “Arsenal”ın “Real”la yaxşı münasibəti var. Martin Odeqardı xatırlayın. Ona görə də, bunu istisna etməzdim. Və “Mançester Siti” ilə bağlı variantı da istisna etmirəm”.
“Transfermarkt” portalı 24 yaşlı Rodriqonu 90 milyon avro dəyərində qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



