Roberto Bordin: “Özümü günahlandırıram”
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
“Oyun istədiyimiz kimi getmədi. Rəqib bütövlükdə yenə müdafiə olundu. Əlbəttə, bugünkü məğlubiyyətdə özümü günahlandırıram. Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər”.
Bordin bildirib ki, çatışmayan cəhətləri dəyişmək lazımdı: “Oyunçulara tapşırmışdım ki, səbrli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol buraxdıq. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdı”.
Bordin komandasında hücumlar zamanı panika yaşamaları fikri ilə razılaşmayıb: “Qol buraxan komandanın dönüş yaratmaq istəyi normaldı. Biz də buna çalışırdıq. Mərhələ keçməmək üzücüdür. Buna çox inamım var idi. Çalışmalıyıq ki, özümüzü motivasiya edək və çempionata yaxşı başlayaq”.
Baş məşqçi ilk matçla müqayisədə rəqbin daha dərindən müdafiə olunduğunu bildirib. Vangelis Platellas və Rəhman Hacıyevi cinahlardan asmalar etdiyi üçün irəli buraxdığını söyləyib.
Bizi Facebook-da izləyin