Roberto Bordin: “Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində sabah İsrail təmsilçisi “Bney Yehuda”ya qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis oyuna hazır olduqlarını bildirib:

  • Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki “Bney Yehuda” çox yaxşı müdafiə olunur. Rəqib İsrail Superkuboku matçında 9-10 nəfərlə müdafiə olundu. Oyunboyu çalışırlar topa daha çox nəzarət etsinlər. Fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Rəqib əks-hücumlardan yaxşı yararlanır. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdı. Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik.
  • Mərhələ keçdikcə, komandadan gözləntilər artır. Bu, komandadakı gərginliyi artırmır?
  • Əlbəttə, oyundan-oyuna bizim də özümüzdən gözləntilər çoxalır. Bu yerə gəlmişiksə, deməli fədakarlıq, əzmkarlıq olub. Daha çoxunu etməyə çalışırıq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edirik.
  • Sabah Tula “Arsenal”ına qarşı Bakıdakı oyunda seçdiyinz taktika ilə oynayacaqsız?
  • Sabahkı oyunda necə oynayacağımız komanda daxilində qalır. Bunu mətbuat konfransında açıqlamağı düzgün saymıram. Onu deyə bilərəm ki, rəqib bütün heyətlə arxada qərarlaşır. Əks-hücumlara bel bağlayırlar. Sabahkı oyunda rəqibin bizə qarşı hansı taktika ilə oynayacağını bilmirəm.
  • “Bney Yehuda” sabah meydana 3 əsas oyunçusundan məhrum çıxacaq. Bu, sizə üstünlük verirmi?
  • Rəqibin baxmayaraq ki, 3 oyunçusu gəlməyib, ancaq onları əvəz edəcək oyunçuları var.
  • “Bney Yehuda”nı “Arsenal” və “Speranta” ilə müqayisə edərdiz.
  • Bu 3 komandanı müqayisə etməyi düzgün saymıram. Hərəsinin öz oyunu var. Çalışacağıq ki, yaxşı oyun sərgiləyək.
  • “Bney Yehuda” “Neftçi” ilə oyunlarda hansı mövqelərdə problem yarada bilər?
  • Rəqibi izləmişik. Onlar əks-hücumlarda güclüdürlər. Ancaq sabah necə oynayacaqlarını oyunda görəcəyik.
  • “Arsenal”la oyunda komanda son illərin ən yaxşı oyununu sərgilədi. Belə olan halda komanda ya yüksək motivasiya ilə çıxış edir, ya da eyforiyaya qapılıb uğursuzluq yaşayır. Futbolçularda hansı hiss daha yüksəkdi?
  • Hazırki vəziyyətdə eyforiya yoxdu. Bütün komanda bilir ki, bizi necə ciddi oyun gözləyir.
  • Ötən mərhələlərdən fərqli olaraq, bu dəfə ilk oyunu evdə keçirəcəksiz. Bu, komandaya necə təsir edəcək?
  • Hər oyuna fərqli şəkildə yanaşırıq. Sabahkı oyunu evdə keçirəcəyik. Ciddi hazırlaşmışıq. Futbolçular da bizi necə oyunun gözlədiyindən xəbərdardı.
  • “Sumqayıt”ın futbolçusu Əmir Ağayev açıqlama verib ki, “Bney Yehuda”nın “Neftçi”ni keçmək şansı sıfırdı. Ancaq siz ehtiyatlı danışırsız.
  • Əmir Ağayevin belə açıqlama verməsi mənə maraqlıdır. Hər komandanın öz oyunu var. Bu fikirlə razı deyiləm. Biz düşünsək ki, rəqibin şansı sıfırdı, biz çox yanlış etmiş olarıq.
  • Emin Mahmudov, Ömər Buludov və Baqali Dabonun vəziyyəti nə yerdədir?
  • Eminin zədəsi “Arsenal”la ilk oyundan var. Durumu yaxşıdı, komandayla birgə məşq edir. Ömər də yaxşıdı. Dabo da artıq bir neçə məşqdi komanda ilə birlikdədi. Ancaq tam hazır deyil. Sabah ehtiyatda ola bilər.
  • Dabo tam sağaldıqdan sonra Daboya şans verəcəksiz, yoxsa Rauf Əliyevə?
  • Rauf yaxşı çıxış edir. Ötən oyunda da onun vurduğu qol bizə bir nəfəs verdi. Məşqçi üçün ən xoş hal odu ki, bütün heyət əlinin altında olsun. Növbəti oyunlarda bütün oyunçuların məşqinə baxıb, heyət quracam.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button