Reytinq: “Qarabağ” 5 pillə gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Komanda.az xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yenə yalnız “Qarabağ” yer alıb.

“Qarabağ” ötən ayla müqayisədə 5 pillə geriləyib. “Köhlən atlar” 141 xalla 67-ci sırada qərarlaşıb.

Ağdamlılar Avropa təmsilçiləri arasında 46-cı, postsovet məkanında 1-cidir.

Türkiyə komandalarından “Fənərbaxça” 179,5 xalla 28-ci, “Başakşəhər” 135,5 xalla 74-cü, “Sivasspor” 106,5 xalla 122-ci, “Trabzonspor” 101 xalla 133-cü yerdədirsə, “Qalatasaray” və “Beşiktaş” 78 xalla 216-cı pilləni bölüşdürür.

Reytinqdə lider dəyişikliyi olub. İspaniyanın “Real” klubu 320 xalla birinci pilləyə yüksəlib. “Flamenqo” (Braziliya – 295 xal) ikinci sıraya düşüb, “Mançester Siti” (İngiltərə – 254) isə üçüncü pillədə qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button