Reşford “Mançester Yunayted”dən ayrılmağın yollarını axtarır
“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə klubunu tərk etmək variantlarını tapmaq üçün səylərini artırıb.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingiltərəli forvard yanvarda gəlirli bir razılaşma əldə etmək ümidi ilə aparıcı idman agentliyi “Stellar”la danışıqlar aparır.
Reşford bununla da, “Mançester Yunayted”lə müqaviləsini ləğv etmək üçün daha çox qüvvə cəlb etməyə çalışır. Həmçinin, onun maraqlarını qardaşı Duane Maynard da təmsil etməyə davam edir.
“Stellar” agentliyi 2013-cü ildə Qaret Beylin “Tottenhem”dən “Real”a keçidində köməyi ilə tanınır və bu, futbolun ən yüksək profilli transferlərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin