
Reşford Səudiyyə Ərəbistanının 3 klubunun təklifini rədd edib
“Mançester Yunayted”in hücumçusu Markus Reşford Səudiyyə Ərəbistanının üç klubunun təklifini rədd edib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, klublardan biri 27 yaşlı forvarda hər mövsümə təxminən 35 milyon avro qazanacağı müqavilə təklif edib, ancaq o, imtina edib.
Reşford Ruben Amorimin “Mançester Yunayted”ə gəlişindən sonra 4 oyunda komandanın heyətində yer almayıb və son turda “Nyukasl”la matçda ehtiyat oyunçular skamyasında əyləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin