“Renn” baş məşqçisi ilə bağlı qərar verib
“Renn”in rəhbərliyi komandanın baş məşqçisi Xorxe Sampaolinin işindən narazıdır.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis tezliklə məşqçi postunu tərk edəcək.
Sampaolinin qovulması ilə bağlı qərar artıq verilib. Bu yaxınlarda rəsmi olaraq elan olunacaq. O, noyabrın 12-dən Fransa klubunun baş məşqçisidir.
“Renn” Fransa çempionatının 19 turundan sonra 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komanda Liqa 1-in növbəti oyununda fevralın 2-də doğma meydanda “Strasburq”u qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin