Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

Lider “Qalatasaray” “Pendikspor”la ev oyununda darmadağına sevinib. “Başakşəhər” doğma meydanda “Rizəspor”a, “Qaziantep” “Kasımpaşa”ya 2 cavabsız qolla qalib gəlib. “Antalyaspor”un qonağı olan “Hatayspor” da turu xalsız başa vurub. Qonaqların heyətində çıxış edən Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov 87-ci dəqiqədə meydana buraxılıb.

Türkiyə Super Liqası
33-cü tur

19 aprel

Beşiktaş – Ankragücü 2:0
Qollar: Muçi, 18. Muleka, 67.

20 aprel

İstanbulspor – Fatih Karagümrük 1:2
Qollar: Koli, 85 – G.Yalçın, 86. Fequli, 90+7-pen.

Konyaspor – Alanyaspor 0:2
Qollar: Haderqyonay, 45+1. Karlos Eduardo, 90+2.

Kayserispor – Trabzonspor 1:2
Qollar: Burabia, 87 – E.Destan, 24. Pepe, 58.

Samsunspor – Adana Dəmirspor 1:1
Qollar: Dimata, 90+2 – Mendosa, 41.

21 aprel

Başakşəhər – Rizəspor 2:0
Qollar: Pelkas, 12. B.Özcan, 90+3-pen.

Antalyaspor – Hatayspor 2:1
Qollar: Buksa, 67. Byutyuqi, 90+2 – Dele-Başiru, 26.

Qalatasaray – Pendikspor 4:1
Qollar: İkardi, 35. A.Bardakcı, 40. Mertens, 76. K.Aktürkoğlu, 90+6-pen – A.Öztürk, 85.

Qaziantep – Kasımpaşa 2:0
Qollar: Maksim, 6. A.Kızıldağ, 33.

22 aprel

21:00. Sivasspor – Fənərbaxça

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button