“Birmingem”ə keçməkdən imtina edib – Azərbaycan millisinin futbolçusu
İngiltərənin “Vulverhempton” klubunun şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Birmingem”ə transfer olunmaqdan imtina edib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klublar arasında futbolçunun icarəsi üçün razılıq əldə olunsa da, Renat bu keçiddən imtina edib.
Keçən mövsümün yayında “Vulverhempton”la müqavilə bağlayan 21 yaşlı futbolçu, mövsümün ilk hissəsini Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib. “Vulverhempton”un əsas heyətində meydana çıxmaq şansı qazanmayan hücumçu, klubun U-23 komandasının heyətində iştirak edir. O, “Liverpul”un eyni yaş üzrə komandası ilə görüşdə meydana çıxıb və 2:2 hesabı ilə başa çatan oyunda komandasının ikinci qolunun müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin