“Real”ın prezidenti Super Liqa arzusundan əl çəkmir
“Real”ın prezidenti Florentino Peres hələ də Avropa Super Liqasına başlamaq istəyir.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbəri İngiltərə Premyer Liqası klublarının qoşulmağa razı olub-olmamasından asılı olmayaraq, layihəni həyata keçirməyə hazırdır.
Avropa Super Liqasının 2024-cü ildə start götürməsi planlaşdırılıb.
2021-ci ilin aprelində “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin