“Real”ın prezidentinin əsas transfer hədəfi odur

“Arsenal”ın müdafiəçisi Vilyam Saliba yay transfer dönəmində komandasını dəyişə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Real” ciddi maraqlanır.

Madrid klubunun prezidenti Florentino Peres Salibanı heyətin gücləndirilməsi üçün əsas transfer hədəfi kimi müəyyən edib. 24 yaşlı futbolçunun özü də “kral klubu”nun bu marağından xəbərdardır.

2019-cu ildən “Arsenal”ın formasını geyinən Saliba, cari mövsümdə London təmsilçisinin heyətində bütün turnirlərdə 46 oyuna çıxaraq, 2 qol vurub. Onun “topçular”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button