“Real”ın Mbappenin xoşuna gəlməyən istəyi
PSJ-nin hücumçusu Kilian Mbappe klubun təklif etdiyi imic hüquqlarının şərtlərindən tam razı olduğu üçün müqaviləni uzatmağı düşünür.
Komanda.az “El Pais”-ə istinadən xəbər verir ki, “Real”ın 23 yaşlı hücumçuya dördüncü təklifində Madrid klubunun onun imic hüquqlarının 50 faizini alacağı bəndi yer alıb. Bu vəziyyətin Mbappenin vəkillərini çaşdırdığı bildirilir.
“Real” son olaraq mart ayında Mbappeyə 180 milyon avro imza bonusu və 40 milyon avro maaş alacağı müqavilə təklif etmişdi.
Amma “Real”ın fransalı futbolçunun imic hüquqlarının 50 faizinə sahib olmaq istəyi onun xoşuna gəlməyib. Məhz bu səbəbdən, Mbappenin PSJ-də qalacağı ehtimal edilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin