“Real”ın legioneri İspaniya vətəndaşlığı aldı
Madrid “Real”ının braziliyalı futbolçusu Vinisius Junior İspaniya vətəndaşlığı alıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Yerli hökumət 22 yaşlı hücumçunun müraciətini müsbət cavablandırıb.
Xatırladaq ki, Vinisius 2017-ci ildən “kral klubu”nda çıxış edir. Onun Madrid təmsilçisi ilə 2024-cü ilin yayınadək müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin