“Real”ın La Liqadakı oyunu təxirə salındı
İspaniya La Liqasının 12-ci turunda keçirilməsi planlaşdırılan “Valensiya” – “Real” oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanın hansı tarixdə olacağı hələlik bəlli deyil. Görüş noyabrın 3-də baş tutmalı idi.
“Valensiya”nın daha əvvəl İspaniya Kubokunda “Parla Eskuela” ilə matçı qasırğa səbəbindən ertələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin